TQDK sədri: “Bu il magistraturaya qəbulla bağlı ixtisas seçimi cədvəlində kifayət qədər dəyişiliklər edilib”

TQDK sədri: “Bu il magistraturaya qəbulla bağlı ixtisas seçimi cədvəlində kifayət qədər dəyişiliklər edilib”
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali magistratura imtahanlarının birinci mərhələsinin yekunlarına həsr olunan brifinq keçirilib. SİA-nın xəbərinə görə, brifinqdə çıxış edən komissiya sədri bildirib ki, ali məktəblərin magistratura pilləsinə qəbul imtahanlarının birinci mərhələsində iştirak edən 16 131 bakalavrdan 7740-ı ikinci mərhələyə keçib. Onun sözlərinə görə, ikinci mərhələyə keçən bakalavrların 3714-ü oğlan, 4026-sı qızdır.

TQDk sədri vurğulayıb ki, bakalavrların 6652-si 50 baldan yuxarı, 1009-u 45-50 bal, 26-sı 40 baldan yuxarı bal toplayıb. Ümumilikdə bütün bakalavrların təxminən 50%-i 45 baldan yuxarı nəticə göstərib: "Ötən il kənd təsərrüfatı ixtisası üzrə magistraturaya qəbul olan olmamışdı. Ona görə də bu ixtisaslar üzrə keçid balını 40 baldan yuxarı götürdük. İmtahanda bu ixtisaslar üzrə 26 nəfər 40 baldan yuxarı nəticə göstərib. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə isə 53 nəfər 40 bal toplayıb.

M.Abbaszadə bakalavrların 50%-nin 45 baldan yuxarı toplamasını Azərbaycan üçün realllıq olduğunu deyib. 50 baldan yuxarı nəticə göstərənlər üçün fənlər üzrə heç bir məhdudiyyətin olmadığını deyən komissiya sədri qeyd edib ki, əgər fənlər üzrə məhdudiyyətlər saxlansaydı, o zaman ötən ilkindən az bakalavr II mərhələyə keçəcəkdi: "Amma biz deyə bilmərik ki, bakalavrlarımızın səviyyəsi aşağıdır. Onların bilik səviyyəsini deyil, gələcəkdə elmlə məşğul olmaq imkanlarının oub-olmadığı yoxlayırıq. Amma imtahanlarda biliyi yalnız informatika və ingilis dilindən yoxlamışıq və məlum olub ki, bakalavrlar informatika, bəziləri isə ingilis dilindən zəif nəticə göstərib".

Tədbirin davamında M.Abbaszadə vurğulayıb ki, bu il ixtisas seçimi cədvəlində kifayət qədər dəyişiliklər edilib. Bu cədvəl gələn həftə "Magistr" çap ediləcəyini deyən komissiya sədri yeni cədvəlin bakalavrların magistraturaya qəbul üçün ixtisas seçimi zamanı imkanlarını artırdığını söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə