Lənkəran şəhərində ötən ilin yekunları və 2011-ci ildə qarşıya qoyulan vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın cənub bürosunun məlumatına görə, yığıncaqda geniş məruzə ilə çıxış edən Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov rayonun ötənilki sosial-iqtisadi göstəricilərindən ətraflı söz açıb.
Bildirilib ki, 2010-cu ildə ölkəmizin hər yerində oldugu kimi Lənkəran şəhərində də quruculuq-abadlıq, sosial-iqtisadi məsələlərin həlli sahəsində işlər davam etdirilib.
Lənkəranlılar üçün ən əlamətdar hadisə isə Respublika prezidenti İlham Əliyevin Lənkərana səfəri olub. Səfər zamanı prezidentin yeni istifadəyə verilmiş Konserv zavodunun,Çay fabrikinin,Məhsul saxlama soyuducu kameralarının, Regional boks mərkəzinin, "Paldad" dondurma zavodunun açılışında iştirakı, ziyalılarla səmımı görüşü zamanı Lənkəranın sosial-iqtisadi inkişafı ilə baglı söylədiyi fikirlər insanları daha yaxşı işləməyə həvəsləndirib.
Məruzə və çıxışlarda daha sonra qeyd edilib ki, 2010-cu ildə vətəndaşların müraciətlərinə əsasən şəhər İcra hakimiyyəti tərəfindən əhaliyə 65,000 manat dəyərində tikinti materialı,140 min manat dəyərində maddi yardım verilib, Lənkəran şəhərində fəaliyyət göstərən təhsil, səhiyyə, mədəniyyət müəssisələrinə, idarə və təşkilatlara, iaşə obyektlərinə qaz xətti çəkilib, yeni məktəb binalarının tikintisi və təmiri, yolların təmiri, bəndlərin və körpülərin inşası, su təchizatının yaxşılaşdırılası, yeni poçt və tibb məntəqələrinin tikintisi, şəhid və qarabag əlilləri üçün 16 mənzilli binanın tikilməsi, eləcə də inzibati binaların tikilib istifadəyə verilməsi Lənkəran üçün böyük ugurdur.
Natiqlər, həmçinin qarşıda duran vəzifələrdən danışıblar.
Habelə vurğulanıb ki, qarşıda duran problemlərin həlli mütəmadi olaraq diqqətdə saxlanılır və gələcəkdə əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görüləcək.
Yığıncaqda MM üzvlərindən Hadi Rəcəbli,Rüfət Quliyev , Cavanşir Paşazadə və Prezident Administrasiyasının məsul işçisi Mikayıl Hüseynov iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB