"Ermənilər həmişə olduğu kimi bu dəfə də “Qarabağ” ın oyunu zamanı növbəti təxribata əl ataraq dron vasitəsilə stadiona qondarma “Dağlıq Qarabağ respublikasının" bayrağını gətiriblər. Onlar çox yaxşı bilir ki, Qarabağ hər yerdə Azərbaycanı təmsil edir, Qarabağ Azərbaycan deməkdir. Ona görə də onlar komandamızın oyunları zamanı belə təxribatlar törədirlər”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.O bildirib ki, "Qarabağ" komandasının rəhbərliyi, komandanın azarkeşləri bu təxribata öz kəskin etirazlarını bildirərək oyunu dayandırıblar: “Sonra oyun davam edib. AFFA ermənilərin bu təxribatına görə UEFA -ya müraciət edib”.Deputatın sözlərinə görə, ermənilərin bu növbəti təxribatı göstərir ki, onlar əllərinə düşən bütün fürsətlərdən yararlanmaq istəyirlər: “Ancaq onlar artıq bilməlidirlər ki, Azərbaycan çox dəyişib və hazırda güclü iqtisadiyyata, güclü orduya, beynəlxalq nüfuza malik bir dövlətə çevrilib. Artıq dünyanın hər yerində Dağlıq Qarabağın əzəli Azərbaycan torpaqları olduğu qəbul edilib. Təkcə Ermənistandan başqa”.R. Əliyev söyləyib ki, Azərbaycanın bütün uğurları dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət nəticəsində əldə olunub.Millət vəkili qeyd edib ki, “Qarabağ” komandası dünyanın harasında çıxış edirsə etsin o, birinci növbədə Azərbaycanı təmsil edir: “Komandanın Çempionlar Liqasında, Avropa Liqasında uğurlu çıxışları Azərbaycanın təbliğində böyük rol oynayır. Bir daha “Qarabağ” komandasını bu qələbə münasibəti ilə təbrik edir, yeni-yeni uğurlar arzu edirəm. Azərbaycan cəmiyyətini komandanı daima dəstəkləməyə çağrıram”.
sia.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB