Bu gün Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Xocalı rabitəçilərinin iştirakı ilə anım mərasimi keçirib.
SİA-nın xəbərinə görə, RİTN-in Aztelekom İstehsalat Birliyində təşkil olunmuş tədbirin əvvəlində Xocalı qurbanlarının ruhu bir dəqiqəlik sükutla yad edilib. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov mərasimdə çıxış edərək ümummilli lider Heydər Əliyevin təkidi və təşəbbüsü ilə ilk dəfə 1994-cü ildə Xocalı faciəsinin soyqırımı kimi qiymətləndirildiyini vurğulayıb, Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqına müraciətini qeyd edib.
Faciə ilə bağlı çıxış edənlər dövlət başçısının rəhbərliyi ilə Azərbaycan hökumətinin Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə olduğu kimi çatdırılması, bu faciənin soyqırımı kimi tanınması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü işlər barədə danışıblar.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalov faciənin 19-cu ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın bir çox ölkələrində geniş təbliğat-təşviqat işlərinin görüldüyünü bildirib, "Xocalıya ədalət" şüarı ilə silsilə tədbirlərin keçirildiyini, bu cür tədbirlərin Avropa, Asiya, Amerika qitələrinin demək olar ki, bütün böyük şəhərlərində təşkil olunduğunu və geniş təbliğat kompaniyasının aparıldığını qeyd edib.
Mərasimdə çıxış edən xocalı rabitəçiləri baş vermiş dəhşətli olaylar barədə danışıb, onlara mənəvi dəstək olanlara təşəkkür edərək, xocalılara xüsusi qayğı ilə yanaşan ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
Mərasimin sonunda nazir Əli Abbasov Xocalıdan olan rabitə işçiləri ilə səmimi söhbət edib, onların sosial problemləri ilə maraqlanıb, xocalılara yaxından köməklik göstərilməsi üçün müvafiq tapşırıqlar verib.
Xocalı rabitəçilərinə maddi yardım verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB