Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Mətbuat Şurasına müraciət edəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) jurnalistika fakültəsinin magistraturasına sənəd verənlərin yazdığı esselərin qiymətləndirilməsi üçün Mətbuat Şurasına müraciət edəcək. SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə məlumat verib. O bildirib ki, ali məktəblərin jurnalistika fakültəsinin magistratura pilləsinə sənəd verən bakalavrların qəbul imtahanlarının II mərhələsində yazdığı esselərin qiymətləndirilməsində Mətbuat Şurasının nümayəndələri iştirak edəcək. Onun sözlərinə görə, bu zaman şuranın nümayəndələri yalnız müəllimlər kimi bu imtahanlara qatılacaqlar. Yazıların qiymətləndirilmə mexanizminin dəyişdirilməyəcəyini deyən TQDK sədri qeyd edib ki, onlar sadəcə yoxlamada iştirak edəcəklər. Bakalavrların qiymətləndirilməsi konkret müəyyənləşdirilmiş kriteriyalar əsasında aparılacaq. Bu zaman da onların verdikləri qiymətlər kriteriyalardakı əsas qiymətlərlə üst-üstə düşməlidir".
Daha sonra komissiya sədri gələcəkdə magistratura pilləsinə qəbul imtahanlarında informatika fənni üzrə daxil olan müəyyən müraciətlərə də münasibət bildirib. O söyləyib ki, bakalavrlar magistraturaya imtahan zamanı çox zaman informatika fənnindən zəif nəticələr göstərirlər: "Gələcəkdə informatika fənni üzrə biliklərin yoxlanılmasının kompüterlə həyata keçirilməsini nəzərdə tuturuq. Ancaq hələlik TQDK-nın maddi-texniki vəziyyəti bu yeniliklərin həyata keçirilməsinə imkan vermir".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB