“Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir”

“Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir”

Gəncə şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı tərəfindən "Xocalı soyqırımı bəşəriyyətə qarşı tarixi cinayətdir" mövzusunda tədbir keçirilib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirdə şəhər İcra Hakimiyyətinin rəsmiləri, Yeni Azərbaycan Partiyasının rəhbərliyi, ziyalılar iştirak edib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov xalqımıza qarşı törədilən soyqırımı ağılasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində tayı bərabəri olmayan vəhşilik kimi dəyərləndirib: "Ən ağrıdıcı məqam isə ondan ibarətdir ki, bu gün də Xocalı faciəsinə dünya etinasız yanaşır. Məhz bu tədbirlərin təşkili vətəndaşlarımızın, xüsusilə yetişməkdə olan gənc nəslin soyqrım barədə daha çox məlumatlı olmaları, faciənin miqyasının dünya ictimaiyyətinə çatdırılması məqsədi güdür.

Tədbirdə "20-ci əsrin Xocalı faciəsi", "Xocalı faciəsi şahidlərin xatirəsində" və bu kimi mövzularda çıxışlar dinlənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə