Elektron poçt istifadəçilərinin sayı azalıb

Elektron poçt istifadəçilərinin sayı azalıb
Elektron poçt istifadəçilərinin sayının azalmasına baxmayaraq bu cür məlumat ötürmə üsulu indiyədək populyar olaraq qalır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Pew Research Center təşkilatı və comScore şirkətinin birgə araşdırmalarında bildirilib ki, ABŞ-da 2010-cu ilin noyabr ayında elektron poçt xidmətləri təqdim edən saytların unikal ziyarətçilərinin sayı 2009-cu ilin noyabr ayı ilə müqayisədə 6 faiz azalıb. Bu cür resurslarda keçirilən vaxt 9 faiz, baxılma sayı isə 15 faiz azalıb.

Baxılma sayının azalması 12-17 yaş arasında olan istifadəçilərdə müşahidə olunub. 18-dən 54 yaşadək olan istifadəçilərdə bu göstərici 14-18 faiz azalsa da, yaşlı insanlara arasında elektron poçt istifadəsi əksinə 9-13 faiz artıb.

Bundan əlavə, elektron poçtun mobil qurğularda istifadə səviyyəsinin artımı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə