Ermənistana məxsus "Mənim addımım" iqtidar partiyasından olan deputatlar Arpin Ovannisyan və David Arutyunyanı AŞPA-da gördüyü zaman şoka düşüblər. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Qraparak” qəzeti yazır.
"Qraparak" qəzeti öz mənbələrə istinadən yazır ki, David Arutyunyan və Arpine Ovhannisyan dünən Strasburqa yollanıb. Onlar AŞPA-nın xarici nümayəndələri, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə söhbət edərkən görüntüləniblər. Keçmiş hökumətin nümayəndələrinin AŞPA-ya hansı məsələyə göndərildiyini öyrənmək mümkün olmayıb, ancaq hakim "Mənim addımım" blokundan olan deputatlar AŞPA-dakı "sabiqləri" görəndə sadəcə "şokda qalıblar".
"Xüsusilə qeyd etmək lazımdır ki, bugünkü nümayəndələr səfərlərini dayandırmalı və Ermənistana qayıtmalı idilər. Çünki parlament Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanın səlahiyyətlərinə xitam verilməsi ilə bağlı qərar layihəsini müzakirəyə çıxarmalı və səsvermədə bütün komanda iştirak etməlidir. Axı, Qrayr Tovmasyanın Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən uzaqlaşdırılması məsələsi hakimiyyət üçün həyat və ölüm məsələsinə çevrilib", deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB