Namiq Əliyev: “Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində mətbuat xeyli irəliləyişə nail olub“
"Bu gün Azərbaycanın ən böyük problemi Dağlıq Qarabağ problemidir. Buna uyğun olaraq ölkə mətbuatında daha çox yerin bu problemə həsr olunması zəruridir". "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev hesab edir ki, bu gün Azərbaycan mətbuatında Qarabağ problemi kifayət qədər işıqlandırılır. SİA-ya açıqlamasında baş redaktor Azərbaycanda 1980-ci illərin sonlarından başlayaraq mətbuatın gündəmini Dağlıq Qarabağ probleminin tutduğunu deyib və hələ qüvvədə olan sovet senzurası da bunun qarşısını ala bilməyib. Sovet dövründə bir sıra məsələlərin açıqlanmadığını deyən baş redaktor Azərbaycanın müstəqillliyindən sonra mətbuatın daha geniş şəkildə Qarabağ problemini işıqlandırdığını qeyd edib.
N.Əliyev mətbuatda Azərbaycanın beynəlxalq təşkilatlarda apardığı mübarizə ilə yanaşı konkret hadisələrin də işıqlandırıldığını söyləyib: "Söhbət heç də Dağlıq Qarabağ və ətraf ərazilərin azad edilməsi üçün aparılan danışıqlardan getmir, 20 Yanvar və Xocalı faciələri mətbuatın ən çox toxunduğu məsələlərdir. Bir sözlə, bu məsələ həm mətbuat, həm informasiya agentlikləri, həm də telekanallarda bu problemlər kifayət qədər işıqlandırılır".
Baş redaktor Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında bir sıra çətinliklərin də olduğunu dilə gətirib. O. həmçinin əvvəlki illərlə müqayisədə xeyli irəliləyişin olduğunu da vurğulayıb: "Qəzetlərin hamısının saytı var. İngilis silində olan saytlarımız da var. Elə informasiya agentlikləri var ki, materialları xarici dillərdə yerləşdirirlər. Getdikcə bu istiqamətdə irəliləyiş əldə olunur. Müəyyən çatışmazlıqlar var. Lakin zaman keçdikcə bu çatışmazlıqlar da aradan qaldırılacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB