Göygölün bəzi kəndlərində tibbi xidmət həkim məntəqələrində yox, evlərdə aparılır
Göygöl rayonunun təxminən 10-a yaxın kəndində əhaliyə tibbi xidmət həkim məntəqələrində yox, evlərdə aparılır. Buna səbəb kəndlərdə tibb məntəqələrinin olmamasıdır.
Bu barədə SİA-nın bölgə müxbirinə Göygöl rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, son bir ildə əhalinin sağlamlığını qoruyub saxlamaq, onlara göstərilən tibbi xidmətin səviyyəsini yaxşılaşdırmaq məqsədi ilə Çaykənd sahə xəstəxanası və Pənahlılar kənd tibb məntəqəsi təmir edilib. Buna baxmayraq, hazırda rayonda fəaliyyət göstərən 23 tibb məntəqəsinin ən azı 15-nin təmirə ehtiyacı var.
Bundan əlavə Göygöl rayon Gigiyena və Epidemiologiya Mərkəzində həkim çatışmır və rayonda dövlət sanitar nəzarəti lazımi qayda aparılmır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB