Lavrovdan Qərbə MESAJ

“Qərb ölkələri geosiyasi oyunları oynamağı və böğlgələrə təsir diarələrini bölməyi dayandırmalıdırlar”. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bunu qonşu ölkənin xarici işlər naziri Sergey Lavrov deyib.

Nazirin sözlərinə görə, Rusiyaya qarşı başlanan genişmiqyaslı məlumatlandırma kampaniyası çərçivəsində Moskva “bütün ölümlü günahlarda, o cümlədən AB-ni parçalamaq cəhdlərində” ittiham olunur: “Lakin bu həqiqət deyil, çünki Rusiya Federasiyasında bu cür kateqoriyalarda düşünmürlər. Beləliklə, bizi nədəsə günahlandıranlar geosiyasi oyunlar oynamağı dayandırmalı, bölgələri təsir dairəsinə bölməməlidirlər”.

Lavrov əlavə edib ki, Qərbi BMT Nizamnaməsində təsbit edilən dövlətlərarası ünsiyyət qaydalarına riayət etməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə