Cavid Şahverdiyev: “Əli Kərimli icazəsiz aksiyalara gəncləri çıxardacaq, özü isə polisin dəyənəyindən qorxub qaçıb gizlənəcək” RƏY-ÖZƏL
““Milli Şura” adlanan qurum icazəli mitinq keçirməklə hansı nəticə əldə edə bilib ki, icazəsiz aksiya keçirməklə nəsə əldə etsin”. Bunu SİA-ya açıqlamasında ADİİM-nin sədri “Avrasiya” İA-nın baş redaktoru Cavid Şahverdiyev deyib. Onun sözlərinə görə, “Milli Şura” icazəsiz aksiya keçirməklə yalnız qarşıdurma yaratmağa cəhd göstərəcək: “Amma o qurumun liderləri hələ də anlamırlar ki, artıq ötən əsrin 90-cı illəri deyil, bu inkişaf edən hüquqi, demokratik, güclü Azərbaycan mövcuddur. Dağıdıcı müxalifətin məqsədi ölkədə sabitliyi pozmağa, xaos və anarxiya mühiti yaratmaqdır. Bu istək isə heç bir vaxt reallaşmayacaq. Ona görə ki, Azərbaycanda xalq-hakimiyyət birliyi var. Bu güc istənilən xarici və daxili qüvvələrin pozuculuq planlarının qarşısını almağa qadirdir. “Milli Şura” adlanan qurumun faciələrindən biri də xalqı düşünməməlidir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair Prezident İlham Əliyevin sosial siyasəti, qəbul etdiyi qərarların əhali tərəfindən rəğbətlə, sevinclə qarşılanması dağıdıcı müxalifəti heç cürə razı salmır. Məgər bu qərarlar bütün Azərbaycan xalqına şamil edilmirmi, məgər əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı hakimiyyətin yürütdüyü siyasətdən radikal müxalifət liderlərinin yaxınları, qohumları, əzizləri yararlanmırlarmı? Əlbəttə ki, yararlanırlar, axı onlar da bizdəndirlər, bizim vətəndaşlardırlar. Bəs niyə radikal müxalifət bunu qəbul etmir, nədən həmişə bu hakimiyyəti necə devirməyin yolunu axtarır... Meriya onlara yer ayırdı və təhlükəsizlikləri həmişə olduğu kimi təmin edilməklə, mitinq keçirmək üçün bütün şərait yaradılacaqdı. Amma müxalifət bundan imtina etdi. Səbəblər müxtəlifdir. Bunlardan da biri Qərbin verdiyi vəsaiti nə yolla olursa, olsun yumaq. “Milli Şura” da icazəsiz mitinq keçirmək qərarına gəlib, bu, onlar üçün ən rahat variantdır. 10-15 nəfəri tökəcəklər meriyanın qarşısına, hay-küy yaradacaqlar, polislə qarşıdurmaya belə gedəcəklər, hətta özlərinə xəsarət belə yetirmədən çəkinməyəcəklər... Təki Qərbi razı salsınlar. Həmişə olduğu kimi bu dəfə də Əli Kərimli icazəsiz aksiyalara gəncləri çıxardacaq, özü isə polisin dəyənəyindən qorxub qaçıb gizlənəcək. Bir polis dəyənəyindən qorxub qaçan lider necə xalqın, millətin mənafeyini düşünə bilər?”
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB