"Ulu Öndər ölkəni parçalanmaqdan xilas edərək, bütövləşdirdi" AÇIQLAMA-ÖZƏL
“Bu gün ətrafımızda yaxşı nə varsa hər birinə görə, xalq olaraq Ulu Öndər Heydər Əliyevə borcluyuq. Əgər Ümummilli lider olmasa idi, xalqımızın tələb və təkidi ilə 1993-cü ildə yenidən hakimiyyətə gəlməsə idi, bu gün Azərbaycan dövlətinin mövcudluğundan danışıa bilməzdik”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O bildirib ki, Ulu Öndər həmin dövrdə həm iqtisadi, həm siyasi, həm sosial vəziyyəti ağır olan, bununla yanaşı hərc-mərcliyin hökm sürdüyü, yox olmaq təhlükəsilə üz-üzə qalan ölkəni parçalanmaqdan xilas edərək, bütövləşdirdi.
Deputat söyləyib ki, Ümummilli lider ilk olaraq cəbhədə atəşkəsin elan olunmasına nail oldu: “Dağılmaq ərəfəsində olan Azərbaycan dövlətinin ordusunu, sənayesini, iqtisadiyyatını dirçəltdi. Bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü”.
J. Əliyeva söyləyib ki, Ulu Öndər Azərbaycanın gələcək inkişaf yolunu göstərdi: “Hazırda bu inkişaf Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan quruculuğunda atılan addımlar Ulu Öndər Heydər Əliyevin hər zaman qələbə çalacaq dühaya malik olduğunu göstərir”.
Ümummilli Lider Heydər Əliyev müstəqil, qüdrətli Azərbaycan kimi əsər yaradıb: “Ulu Öndərin xalqı qarşısında xidmətləri çox böyükdür. Onları sadalamağa vaxt çatmaz. Ümummilli Lider Heydər Əliyev bir günəşdir. Günəş daim yeri aydınlatdığı kimi, Ulu Öndərin ideyaları da bir ömür boyu yaşayacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB