YAP Zərdab rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatında ərazi ilk partiya təşkilat sədrləri ilə görüş keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə olunub və fikir mübadiləsi aparılıb. YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Yeni Azərbaycan Partiyasının təkcə ölkənin deyil, regionun aparıcı siyasi təşkilatı olduğunu deyib. P.Mahmudova ölkədə keçirilən bütün seçki proseslərində Yeni Azərbaycan Partiyasının qələbəsini onun yenilikçi və monolit partiya olması ilə əlaqələndirib, partiyanın siyasi kursunun əsas aspektlərindən, rayon təşkilatının qarşıda duran vəzifələrindən danışıb. Tədbirdə ərazi ilk partiya təşkilatlarında işin günün tələbləri səviyyəsində qurulması, partiya sıralarına qəbul, üzvlük haqlarının vaxtında toplanması məsələləri müzakirə olunub. Ərazi ilk partiya təşkilatlarında maarifləndirici təbliğat tədbirlərinin gücləndirilməsini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
İlk partiya təşkilatlarında uçot-dəqiqləşdirmə işlərinin mütəmadi və operativ olaraq, aparılmasının vacibliyi qeyd olunub. Partiya üzvləri ilə daim ünsiyyətin saxlanılması və onlarla birgə layihələrin, tədbirlərin keçirilməsi ərazi ilk partiya təşkilatlarının sədrlərinə tövsiyə olunub.
P.Mahmudova çıxışının sonunda günümüzün mühüm sosial ünsiyyət vasitələrindən biri olan sosial şəbəkələrin gündəlik və ictimai həyatımızdakı rolundan danışıb. Vurğulayıb ki, partiya üzvləri sosial şəbəkələrdə daim fəal olmalı, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mühüm iqtisadi-siyasi və sosial islahatlar barədə maarifləndirici məlumatlar paylaşmalıdırlar. Həmçinin, dövlətimiz və ölkə rəhbərliyi haqqında əsassız informasiyalar yayan, ictimaiyyəti çaşdırmağa cəhd edən, xaricdən maliyyələşən bir qrup qaragüruhçu, vicdanını, şərəf və ləyaqətini itirmiş insanlar ifşa edilməli, bugünkü inkişafımızdan, uğur və nailiyyətlərimizdən, insanların rifahının yaxşılaşmasına istiqamətlənmiş proqram və layihələrin uğurlu nəticələrindən söhbət açılmışdır.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB