YAP Xaçmaz rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında görüşlər keçirilib

YAP Xaçmaz rayon təşkilatı ərazi ilk partiya təşkilatlarında görüşlər keçirilib

Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatı ərazi və məhəlli ilk partiya təşkilatlarında görüşlərə start verilib. Bu sıradan növbəti görüşlər isə, dünən rayon təşkilatının "Qımıl qışlaq" kənd ərazi ilk partiya təşkilatlarında keçirilib.

Tədbirdə qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq, eləcə də, ictimai-siyasi proseslərdə "Qımıl qışlaq" ərazi ilk partiya təşkilatının üzvlərinin üzərinə düşən vəzifələr və s. məsələlər barədə danışılıb, tapşırıq və tövsiyələr verilib. Qeyd olunub ki, xüsusilə, ilk partiya təşkilatlarında təşkilatlanma işinin gücləndirilməsi, partiya fəallarının gücündən səmərəli istifadə edilməsi, onların ölkəmizin əldə etdiyi uğurların rayon əhalisinə çatdırılmasında fəal təbliğatçı olmaları bildirilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə