Lənkəranlı gənclər “Xocalı soyqırımına biganə qalmayın!” kampaniyası keçirir

Lənkəranlı gənclər “Xocalı soyqırımına biganə qalmayın!” kampaniyası keçirir

Lənkəranda şəhər Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə "Xocalı soyqırımına biganə qalmayın!" elektron-poçt kampaniyasına start verilib. Şəhər Gənclər və İdman İdarəsi rəisinin müavini Ramin Nəsirlinin SİA-nın cənub bürosuna verdiyi məlumata görə, aksiyanın əsas məqsədi Xocalı soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə daha dolğun çatdırmaqdan ibarətdir.

 

Onun sözlərinə görə, idarə tərəfindən Xocalı soyqırımı haqqında üç dildə məlumatlar və fotoşəkillər olan xüsusi disklər hazırlanıb. Kampaniya zamanı Avropa Şurasının üzvlərinə, ABŞ konqresmenlərinə, nüfuzlu beynəlxalq KİV-lərə, eyni zamanda ali məktəblərin rektorlarına və məsul şəxslərin elektron ünvanlarına göndərilir.

 

İlk gündən rayon və şəhər ümumtəhsil məktəblərindən, Lənkəran Dövlət Universitetindən minlərlə gənc aksiyaya qoşularaq dünyanın bütün humanitar təşkilatlarının, səfirliklərinin, ABŞ konqresmenlərinin ünvanına internet vasitəsilə mindən çox məktub göndərib.

 

Qeyd edək ki, aksiya fevralın 27-ə kimi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə