Fərid Şəfiyev: "Türk Şurasının üzvləri birgə mövqe sərgiləməlidir"

Fərid Şəfiyev: "Türk Şurasının üzvləri birgə mövqe sərgiləməlidir"

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında maddi-mədəniyyət nümunələrini dağıdırlar və Şuraya üzv dövlətlər bu məsələdə də birgə mövqe sərgiləməlidirlər, çünki bu abidələr türk xalqlarının ortaq dəyərləridir. SİA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, bu gün Bakıda "Türk Şurası: Naxçıvan müqaviləsinin 10 illik yubileyi" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, türkdilli dövlətlərin vahid təşkilatda birləşməsi ideyası hələ 19-cu əsrin sonlarında yaranmışdı. "1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra bu ideya reallığa çevrilməyə başladı. Hazırda ortaq tarix və ədəbiyyat kitablarının yaradılması barədə qərar qəbul edilib", deyə Fərid Şəfiyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə