"Həyata keçirilən islahatlar ölkəmizin müstəqil dövlət kimi güclənməsinə xidmət edib" RƏY-ÖZƏL

"Həyata keçirilən islahatlar ölkəmizin müstəqil dövlət kimi güclənməsinə xidmət edib" RƏY-ÖZƏL

“Azərbaycanda ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının yaxşılaşmasına, ölkəmizin müstəqil dövlət kimi güclənməsinə xidmət edib. Son illər aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O bildirib ki, qısa müddət ərzində ölkəmizdə minimum əməkhaqqının, pensiyaların, eləcə də digər müavinətlərin bir neçə dəfə artması, Azərbaycanda həyata keçirilən iqtisadi və struktur islahatlar nəticəsində son dövrlər büdcə gəlirlərinin artması, maliyyə imkanlarının genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə daha bir əyani sübutdur.

Deputat söyləyib ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması bir daha təsdiq etdi ki, dövlətimizin başçısı tərəfindən verilən vədlər sözdə deyil, əməldə öz təsdiqini tapır: “Artıq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır. Azərbaycan Prezidentinin humanizmi, xoş gündə də, dar gündə də xalqının yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha böyü zəfərlərə, iqtisadiyyatın, əhalinin rifah halının daha da yüksəlməsinə doğru aparır. Azərbaycan xalqı da hər zaman dövlətimizin başçısı tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək qiymətləndirir, atılan addımları alqışlayır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə