"Türk Şurasına üzv dövlətlərlə əlaqələri genişləndirməkdə maraqlıyıq"

"Türk Şurasına üzv dövlətlərlə əlaqələri genişləndirməkdə maraqlıyıq"

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) regionda sülhün bərqərar olmasında rol oynayıb”.
SİA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Türk Şurası: Naxçıvan Sazişinin 10 illiyi” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, Türk Şurası regionda sülhün bərqərar olmasında və ümumi maraq doğuran sahələrdə birgə əməkdaşlıq üçün əlverişli platforma rolunu oynayıb.

R.Həsənov bundan sonra da Türk Şurasının əməkdaşlıqda hərəkətverici qüvvə olaraq fəaliyyətinə davam edəcəyinə inandığını vurğulayıb.

“Azərbaycan iki və çoxtərəfli formatda Türk Şurasına üzv dövlətlərlə əlaqələri gücləndirməkdə və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıqda maraqlıdır. İnanırıq ki, Türk Şurası qarşımızdakı məqsədlərə və hədəflərə nail olmaq üçün güclərin birləşdirilməsinə töhfə verməyə davam edəcək”, deyə nazir müavini bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə