“Azərbaycan Prezidenti İlham Əliyevin Valday klubunun növbəti yığıncağında iştirak etmək üçün Soçiyə səfər etməsi çox mühüm əhhəmiyyət kəsb edən məsələdir”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi şərhçi Arzu Nağıyev açıqlamasında deyib.
O bildirib ki, ümumiyyətlə, Valday klubu böyük rəhbərlərlə təmsil olunmaqla yanaşı, orada dünyada baş verən mühüm siyasi, iqtisadi, hərbi məsələlər müzakirə olunur, bir sıra görüşlər keçirilir.
Siyasi şərhçi söyləyib ki, Ölkə başçısının Rusiya prezidenti Vladimir Putinin şəxsi dəvəti ilə Soçiyə səfər etməsi Azərbaycan prezidentinin nüfuzunun təkcə MDB məkanında deyil, eyni zamanda dünyada həddindən artıq böyük reytinqə malik olduğunu bir daha sübut edir: “ Bu gün Azərbaycan Avropada, Qərbdə enerji təhlükəsizliyinə təhdidin qarşısını alan bir dövlət kimi tanınır. Eyni zamanda ölkəmiz qeyri- neft sənayesinə görə, çox mühüm əhəniyyət kəsb edən bir dövlətə çevrilib və öz balanslı siyasətini heç bir hərbi bloka qoşulmadan çox mühüm istiqamətdə aparır”.
Bir neçə gün öncə Ermənistanda Avrasiya İqtisadi qurumunun tədbirində Rusiya prezidenti Vladimir Putinin Nikol Paşinyanla sonda görüşdüyünü xatırladan A. Nağıyev vurğulayıb ki, Rusiya və Ermənistan arasında nə iqtisadi, nə siyasi, nə də hərbi cəhətdən nəsə əldə etmək mümkün olmadı. O vurğulayıb ki, iki ölkə sadəcə eyni təşkilatda təmsil olunduğu üçün bir araya gəldilər: “Daha sonra Putinin Koçaryanın həyat yoldaşı ilə görüşməsi sanki Paşinyana sərt şillə kimi dəydi. Paşinyan bundan nəticə çıxarmalı və həyata keçirdiyi kili siyasətin mümkünsüzlüyünü anlamalıdır. Bu onun Ermənistanda belə nüfuzunun aşağı düşməsinə xidmət edən amildir”.
O qeyd edib ki, bu gün Ermənistanın Baş naziri ilə müqayisədə Azərbaycan lideri dəfələrlə üstün nüfuza malik olan bir dövlət başçısıdır: "Buna görə də Azərbaycanda müxtəlif beynəxalq tədbirlərin keçirilməsi planlaşdırılır və bu tədbirlər uğurla həyata keçirilir. Ona görə də düşünürəm ki, Valdayda Azərbaycan Prezidentinin çox mühüm görüşləri olacaq. Tək regional problemlər deyil, beynəlxalq problemlərin də həllində Azərbaycan rəhbərliyinin iştirakı, nüfuzu mütləq şəkildə nəzərə alınacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə