Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana yeni səfir təyin edib

Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana yeni səfir təyin edib

Ukrayna prezidenti Viktor Yanukoviç Azərbaycana yeni səfir təyin edib. SİA-nın xəbərinə görə, bu Aleksandr Mişenkodur. Yeni səfir 2004-2005 ci illər ərzində Avstraliyada, 2005-2008 ci illər ərzində isə Türkiyədə səfir vəzifəsində işləyib. Eyni zamanda Ukrayna prezidenti Mərakeş və Bruneyə də yeni səfirlər təyin edib.

 

Qeyd edək ki, Ukraynanın Azərbaycandakı səfir vəzifəsini Boris Klimçuk icra edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə