Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin Ermənistan üçün qazın qiymətini müzakirə ediblər. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan baş nazirinin mətbuat katibi Vladimir Karapetyan bunu etiraf edib.
Onun sözlərinə görə, Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin bir gün əvvəl İrəvanda keçirilən görüşdə qaz qiymətləri məsələsini müzakirə ediblər.
"Qaz məsələsi müzakirə edildisə də, lakin qərar qəbul etmədikləri bəlli oldu. Bu, sahibkarlıq subyektlərinə aiddir və qərar danışıqların nəticəsindən sonra veriləcək", deyə baş nazirin mətbuat katibi bildirib.
Bəlli olur ki, Rusiya prezidenti erməni baş nazirə ümudverici bir söz deməyib. Yəni qazın qiymətinin qalxmayacağı bardə bir söhbət olmayıb. Daha dəqiq desək, Putin qaz məsələsində Ermənistana güzəştə getməyəcəyi aydın olub. Bu müzakirələrin mütəmadi olaraq davam etməsi də təsdiq edir ki, ermənilərin qaz qiymətlərinin artırılmasının qarşısını almaq üçün çox ciddi-cəhdlərinə Putin zərrə qədər məhəl qoymur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB