Yardımlıda sahikarlığın inkişafına diqqət artırılıb

Yardımlıda sahikarlığın inkişafına diqqət artırılıb

Yardımlı rayonunda sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayon İcra Hakimiyyətindən SİA-nın cənub bürosuna verilən məlumata görə, ötən il Sahibkarlığa Kömək Milli Fondunun dəstəyi ilə 27 sahibkara və 4 vətəndaşa bu məqsədlə güzəştli kreditlər verilib.

İl ərzində sahibkarlar 57,2 milyon manatlıq məhsul istehsal ediblər. Kənd adamları ilbəil təsərrüfatlarını genişləndirirlər. Heyvandarlığın inkişafı nəticəsində 3 min tonadək ət və 13 min 500 ton süd məhsulu əldə olunub. Buğda istehsalçılarına dövlət hərtərəfli maddi və mənəvi dəstək göstərir.

"Aqroservis"ə yeni texnika verilib.Yardımlıda arıçılığın inkişafı üçün əlverişli şərait mövcuddur. Damazlıq arı cinslərinin gətirilməsi, bal istehsalının artırılması sayəsində ötən il Yardımlı fermerləri Bakıda təşkil olunmuş satış-yarmarkaya 500 kiloqramdan artıq ekoloji cəhətdən saf keyfiyyətli dağ balı çıxarıblar.

Əlavə edək ki,hazırda Yardımlıda süd qəbulu və emalı müəssisəsinin inşasında son tamamlama işləri görülür

Bütün xəbərlər Facebook səhifəmizdə