Elşad Mirbəşiroğlu: “Putin Paşinyanı bir həmkar kimi qəbul etmir” RƏY-ÖZƏL

Elşad Mirbəşiroğlu: “Putin Paşinyanı bir həmkar kimi qəbul etmir” RƏY-ÖZƏL

“Həqiqətən də bu görüş bir çox məqamları cəlb etdi”. Bunu SİA-ya açıqlamasında Politoloq Elşad Mirbəşiroğlu deyib. Onun sözlərinə görə, hər şeydən öncə qeyd etmək lazımdır ki, görüşdən əvvəl Rusiya mediasında Vladimir Putinin ümumiyyətlə, Ermənistana səfərindən imtina edəcəyi haqqında da fikirlər səsləndirir, məlumatlar qeyd olunurdu: “Çünki bir çox ziddiyyətli məqamlar vardır. Belə versiya irəli sürülürdü ki, Putinin Köçariyanla görüş məsələsi qoyulubdur. Ermənistan tərəfi bunu qəbul etməyib və bu da Rusiya tərəfini narazı salıb. Amma buna baxmayaraq, bu görüş baş tutdu. Putinlə Paşinyanın ikilikdə söhbətinə diqqət yetirsək görərik ki, sözün həqiqi mənasında Putin Paşinyanı bir həmkar kimi qəbul etmir. Paşinyan özünü nə qədər bir statuslu şəxs kimi, Ermənistanın rəhbəri kimi göstərməyə çalışsa da bu nəzərə çarpmadı. Bu baxımdan, Rusiyada Paşinyana münasibətdə formalaşmış bir mövqe var. Ümumiyyətlə, Rusiya ictimaiyyətində Paşinyan qeyri-ciddi Rusiyaya dost olmayan bir dövlət başçısı kimi qəbul olunub. Təbii ki, Paşinyanın özünün sərgilədiyi mövqe Rusiyaya münasibətdə belə bir rəy formalaşdırıbdır. Təbii ki, Paşiniyanın və yaxud da kimin hakimiyyətdə olmasından asılı olmayaraq işğalçı ölkə elə özünün siyasətinin qurbanı olub və Ermənistan Rusiyanın bir forpostu kimi özünü tanıtdırıbdır”.

GÜLYANƏ

Bütün xəbərlər Facebook səhifəmizdə