Kreml Putinin Ermənistanın sabiq prezidentinin xanımı ilə görüşməsini təsdiqləyib. SİA Ermənistana məxsus rusarminfo.az saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib ki, oktyabrın 1-də İrəvana səfəri zamanı Vladimir Putin keçmiş Ermənistan prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb.
Peskov belə bir görüşün olub-olmaması barədə sualı cavablandırarkən "İnterfaks" agentliyinə, "bəli" deyə cavab verib.
Ermənistanın ikinci prezidentinin ofisinin rəhbəri Viktor Soqomonyan da Putinin Bella Köçəryanla görüşdüyünü təsdiqləyib.
Putinin Ermənistana səfəri çərçivəsində hal-hazırda həbsdə olan sabiq prezidentin xanımı ilə görüşməsi Paşinyan üçün arzuolunmaz hesab olunur. Daha dəqiq desək, həbsdə saxlanılan sabiq prezidentin xanımı ilə Rusiya prezidentinin görüşü Nikol Paşinyanın Putinlə olan danışıqları barədə pafoslarını darmadağın edir. Bu ondan xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin erməni baş naziri hesaba almır və hələ də sabiq prezident Robert Koçaryana meyilli mövqedədir. Bir sözlə, Putinin Koçaryanın xanımı ilə görüşü Paşinyana qarşı saymazlıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB