"Həyata keçirilən sosial islahatlar demoqrafik vəziyyətə müsbət təsir edir" RƏY-ÖZƏL

"Həyata keçirilən sosial islahatlar demoqrafik vəziyyətə müsbət təsir edir" RƏY-ÖZƏL

"Artıq dünyanı humanitar fəlakət bürüyüb. Dünyada baş verən hadisələr fonunda istər Avropada, istər Yaxın Şərqdə, müxtəlif regionlar artıq bu fəlakətdən əziyyət çəkir. Çünki, ölkələrdə siyasi kataklizmlər, qarşıdurmalar artıq demoqrafik vəziyyətin dəyişməsinə gətirib çıxarıb. Demoqrafiq vəziyyətin dəyişməsi təkcə biryerdən başqa yerə köç etməsi deyil, bütün sahələr istər sosial, istər əhali artımına təsir edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

O bildirib ki, Azərbaycanda əhalinin demoqrafik vəziyyəti Prezident İlham Əliyevin apardığı sosial iqtisadi siyasətin məntiqi nəticəsidir.

Onun sözlərinə görə, bu gün ölkəmizdə aparılan sosial, iqtisadi, mədəni islahatları insanlarımız hər gün öz həyatlarında hiss edir: “Yeni iş yerlərinin açılması, sosial və inkişaf, eləcə də digər nəhəng infrastruktur tək Bakı şəhərinə deyil, bölgələrə də təsir edib”.

Deputat söyləyib ki, bu gün hətta cəbhə bölgələrimizə yaxın ərazilərdə yerləşən rayon və kəndlərdəki statistik rəqəmlərə nəzər salsaq, son illərdə əhalinin məskunlaşması, öz yurdlarına qayıtmaları ilə bağlı xeyli artımın olduğunu görmüş olarıq: “Cocuq Mərcanlıda əhalinin məskunlaşması ən yüksək səviyyəyə çatıb. Yeni bağça, məktəb, xəstəxana tikildi. Əhali bizim boşaldılmış torpağımıza qayıdaraq, orada məskunlaşır. Prezident İlham Əliyevin orada yerləşən insanlara ən yüksək, fenomenal səviyyədə diqqəti qayğısı, həmin ərazidə ən yüksək şəraitin yaradılması ailələrin xoşbəxt, firavan yaşamasını təmin edir ki, bu da ailələrin sayının artmasına təsirsiz ötüşmür”.

İ. Məmmədov qeyd edib ki, bu gün Azərbaycanda yeni ailə quranlara güzəştli ipoteka kreditləri təklif olunmaqla, onların mənzil məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür: “Bütün bunlar demoqrafik vəziyyətə müsbət təsir edən amillərdir. Bununla yanaşı, Azərbaycanda son həyata keçirilən sosial islahatlar paketi, ölkəmizin müstəqillik illərimizin tarixinə qızıl hərflərlə yazıldı. 2019-cu ildə insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev tərəfindən iki mühüm sosial paket təsdiqləndi, sərəncamlar imzalandı. Bununla da əmək pensiyaları, məvaciblər, müavinətlər, tələbələrin təqüdləri bir neçə dəfə artıb. Ölkəmizdə əlillərin, Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin güzəranının, eləcə də digər vətəndaşların sosial rifah yaxşılaşdırılması əhalinin sayının artmasına təsir edir. Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən siyasət sosial rifahın bütün elementlərini özündə əks etdirir. Təbii ki, dövlət başçısının da söylədiyi kimi görülən işlər son deyil. Bizim apardığımız islahatlar nəticəsində əldə olunanlar məhz insanların sosial rifah halının daha da yaxşılşadırılmasına yönəldiləcək. Bu da ölkəmizdə əhalinin müsbət mənada artımına, həm də firəvan yaşmasına təsir edən amillərdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə