"İnsanların yaşayış şəraitini yaxşılaşdırmaq dövlətin əsas vəzifələrindən biridir" ÖZƏL-MÜNASİBƏT

"İnsanların yaşayış şəraitini yaxşılaşdırmaq dövlətin əsas vəzifələrindən biridir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün Azərbaycanda həyata keçirilən tikinti, quraşdırma, təmir-bərpa işlərinin əsas məqsədini Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakının Atatürk prospektində yerləşən parkda əsaslı yenidənqurmadan sonra yaradılan şəraitlə tanışlığı zamanı sakinlərlə görüşündə klassik şəkildə və ehtivalı olaraq ifadə edib". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

"Ölkədə bu sayaq işlərin həqiqətən məqsədi insanların yaşayışını, rahatlığını, istirahətini təmin etmək məqsədi güdür. Bu Azərbaycan dövlətinin sosialyönümlü siyasət apardığını nümayiş etdirən davamlı faktlardan biridir. Bu həmçinin ölkənin iqtisadi gücünü nümayiş etdirir və bütün dünyanın qarşısında açıq ifadə olunur. Ölkədə insanların yaşayışını yaxşılaşdırmaq, istirahətini təmin etmək Azərbaycan dövlətinin daxili siyasətinin əsas prioritetlərindən biridir. Ölkənin iqtisadi və maliyyə imkanlarına uyğun olaraq bu işin fasiləsiz şəkildə həyata keçirilməsi demək olar ki, bütün dövrlərin ən qabarıq fəaliyyət istiqamətlərindən biridir. Azərbaycan dövlətinin iqtisadi gücü artdıqca təmir-bərpa, istirahət ocaqlarının yaradılması işi geniş şəkildə həyata keçirilir. Bu Azərbaycan dövlətinin iqtisadi gücünü, maliyyə imkanlarını nümayiş etdirməklə bərabər həm də əsas məqsədin və hədəfin insan faktoru və insan amili ilə bağlı olduğunu nümayiş etdirir"-deyə, A.Quliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə