YAP Zərdab rayon təşkilatı Beynəlxalq Ahıllar Günü ilə əlaqədar sosial aksiya keçirib
Hər il oktyabrın 1-i dünyada, o cümlədən, ölkəmizdə Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşmışdır.
YAP daim müxtəlif layihələr həyata keçirərək, qayğıya ehtiyacı olan insanlarla görüşlər keçirir: "Yeni Azərbaycan Partiyası hər zaman bu cür sosial aksiyalar reallaşdırır. Partiyamızın fəal üzvləri də bu aksiyalarda fəal iştirak edirlər. Bu gün reallaşdırılan ahıl insanlara, aztəminatlı ailələrə sosial yardım aksiyası da dövlətimizin və partiyamazın sosial siyasətini özündə ifadə edir" deyən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova belə görüşlərin bundan sonra da davam etdiriləcəyini bildirib. Hökumətin və partiyanın həyata keçirdiyi siyasətin humanizmindən, insanpərvərlikdən, insanlara qayğıdan xəbər verdiyini qeyd edən təşkilat sədri diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin bu gün həyata keçirdiyi siyasətin əsas qayəsi də ondan ibarətdir ki, dövlətimizin iqtisadi imkanlarından hər bir vətəndaşın həyatının yaxşılaşması üçün istifadə edilsin, o cümlədən də, qayğıya ehtiyacı olan bütün insanlar diqqət mərkəzində saxlanılsın. Belə tədbirlər dövlətimizin, Prezident İlham Əliyevin siyasətinə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə həyata keçirdiyi layihələrə dəstək xarakteri daşıyır.
YAP Zərdab rayon təşkilatı və onun fəalları rayon ərazisində yaşayan 15-dən çox ahıla baş çəkib, onları ehtiyacı olan zəruri ərzaqla təmin etmişlər.
Qeyd edək ki, ziyarət olunan ahıl, qayğıya ehtiyacı olan insanlar, belə xeyriyyə aksiyalarının təşkilinin ölkəmizdə aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu söyləyib, onlara göstərilən diqqət və qayğıya görə, ölkə rəhbərliyinə Ulu Öndərin yaratdığı və Azərbaycan xalqına qiymətli miras kimi qoyduğu Yeni Azərbaycan Partiyasına minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB