Fransada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək

Fransada Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək
Fransanın paytaxtı Parisdə Azərbaycan-Fransa Gənclik Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş anım mərasimi keçiriləcək. SİA-nın xəbərinə görə, proqrama uyğun olaraq, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi yad olunacaq, ermənilərin Xocalının dinc sakinlərinə qarşı əsrin görünməmiş vandallığını təsdiqləyən plakatlar nümayiş etdiriləcək. Daha sonra Xocalı soyqırımı ilə bağlı çıxışlar olacaq və eləcə də tədbir iştirakçılarına Azərbaycan torpaqlarının işğal olunması ilə bağlı ətraflı məlumat veriləcək.

Toplantı ilə yanaşı açıq hava altında uşaqların rəsm əsərlərindən ibarət "Xocalı uşaqların gözü ilə" adlı sərgi təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə