İnvestorların iğtişaşlar baş verən regionlardan yanacaq tədarükünün dayandırılacağı ilə bağlı narahatlıqlarının azalması fonunda dünya bazarında neftin qiymətində azalma müşahidə olunub. SİA-nın məlumatına görə, Nyu-York əmtəə birjası NYMEX-də WTI markalı neftin aprel fyuçerslərinə olan qiyməti Bakı vaxtı ilə saat 08:45-də 0,67 dollar azalaraq 96,61 dollar olub. London əmtəə birjası ICE Futures-də Brent markalı neftin aprel fyuçerslərinə olan qiyməti 0,38 dollar azalaraq 110,98 dollar olub.
Xatırladaq ki dünən neftin qiymətində atım müşahidə olunmuşdu. Fevralın 24-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair aprel müqaviləsinin dəyəri 0,82 dollar və ya 0,8 faiz azalaraq 1 barelə görə 97,28 dollar təşkil edib.
Fevralın 24-də ICE(InterContinental Exchange Futures) London qitələrarası birjasında apreldə ixrac etməklə Brend markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar artaraq 111,36 dollar təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB