Piter Semnebi: "Tərəflər arasında döyüş əməliyyatlarının başlama imkanını istisna etmək olmaz" - MÖVQE

Piter Semnebi: "Tərəflər arasında döyüş əməliyyatlarının başlama imkanını istisna etmək olmaz" - MÖVQE

Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişin müşahidə olunmaması fikri ilə razı deyiləm. İrəliləyiş var, lakin bir çoxlarının ümid etdiyi kimi ciddi şəkildə deyil". SİA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Yerevanda jurnalistlərə verdiyi açıqlamasında deyib. O, qeyd edib ki, təmsil etdiyi qurumun Qafqaz ölkələri ilə sıx münasibətlər yaratmaq faktı Dağlıq Qarabağ münaqişəsinin Avropa İttifaqı üçün getdikcə daha ciddi məsələyə çevrilməsi deməkdir: "Biz bu prosesə böyük diqqət yetiririk. Münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində səylərin dəstəklənməsi üçün yollar axtarmaqda davam edəcəyik".

 

Həll olunmayan atəşkəsin olduğunu qeyd edərək təmas xəttində insanların həlak olmasını qeyd edən Aİ-nın xüsusi nümayəndəsi bildirib ki, tərəflər arasında döyüş əməliyyatlarının başlama imkanını istisna etmək olmaz: "Silahlanma regionda vəziyyəti yalnız qeyri-sabit edə bilər. Çünki, ötən il ərzində biz təmas xəttində çoxlu insidentlərin şahidi olmuşuq. Mən planlaşdırılmış əməliyyatlardan danışmıram, lakin biz bu insidentlərdən hansısa birinin vəziyyətin gərginləşməsinə səbəb ola biləcəyini istisna edə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə