Çexiyada keçirilən Xocalı faciəsi ilə bağlı tədbirlərdə deputatımız da iştirak edir

Çexiyada keçirilən Xocalı faciəsi ilə bağlı tədbirlərdə deputatımız da iştirak edir
Milli Məclisin deputatı Gülər Əhmədova Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anım tədbirlərində iştirak etmək üçün Çexiyanın Brno şəhərində səfərdədir. Parlamentin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirlər ölkəmizin Beynəlxalq Diaspora Mərkəzinin Avropa nümayəndəliyinin təşkilatçılığı ilə Çexiyanın bir sıra təhsil ocaqlarında keçirilir.

Deputatımız soyqırım qurbanlarının anım mərasimlərində Xocalı faciəsinin acı nəticələri barədə toplantı iştirakçılarına ətraflı məlumat verəcək, belə fəlakətlərin bir daha baş verməməsi üçün qətiyyət göstərməyin vacibliyini vurğulayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə