Anti-Ermənistan layihəsi – Paşinyan istefa tələbi ilə üz-üzə

Anti-Ermənistan layihəsi – Paşinyan istefa tələbi ilə üz-üzə

Paşinyan bacardığı qədər tez, hətta bir neçə dəqiqə əvvəl belə istefaya getməli idi. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının keçmiş katibi, general-leytenant Vitaliy Balasanyan “Jam” qəzetinə müsahibəsində deyib.

Məlumatda qeyd edilir ki, general-leytenant Vitaliy Balasanyan Nikol Paşinyanın və onun hökumətinin istefaya getməli olduğunu bəyan edib.

“Nikol Paşinyan bir neçə dəqiqə əvvəl istefa verməli idi. N. Paşinyan hökuməti də bir neçə dəqiqə əvvəl istefa verməlidir. Milli Məclis evə getməlidir. Vaxt gələcək və bu hakimiyyətlərin insanları necə vəziyyətə saldığını görəcəksiz. Onlar getməyəcəkləri halda çıxarılmalı, qovulmalıdırlar. Erməni xalqı yuxudan oyanmalıdır. Əks halda bütün ermənilərin varlığı məsələsi karta qoyulur”, deyə Balasanyan bəyan edib.

Balasyan Nikol Paşinyanı anti-Ermənistan layihəsi adlandırıb. Bundan başqa, o əlavə edib ki, Ermənistandakı terror qruplaşması olan Sasna Serin məhz baş nazirin himayəsində olduğunu da hamı gördü.

“Əvvəllər bu şübhə də hesab oluna bilərdi, amma indi tam aydın oldu və təsdiqləndi ki, Nikol Paşinyan sonradan silahlı üsyançı dəstəyə dəstək üçün mitinqə qatılıb. Paşinyanın terror qruplaşmasının liderləri ilə son görüşü nəhayət bu şübhələrin şübhə yox, həqiqət olduğunu təsdiq etdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə