Putin xəbərdarlıq edib

Rusiyanın Baş naziri Vladimir Putin xəbərdarlıq edib ki, neft qiymətlərinin yüksək sürətlə qalxması qlobal miqyasda iqtisadiyyata büyk zərər vura bilər. SİA-nın xəbərinə görə, Brüsseldə brifinq zamanı çıxış edən Putin deyib ki, qiymətlərin artması iqtisadi inkişafa təhlükə yarada və qeyri-sabitliyə səbəb ola bilər.

Rusiya lideri habelə bildirib ki, yüksək qiymətlər tələbatı azaldaraq, Rusiya kimi neft istehsal edən ölkələrə öz təsirini göstərə bilər. Liviyada böhranla əlaqədar neft hasilatının dayanması Nyu York birjasında xam neft qiymətlərinin bir barrel üçün 100 dollara qalxmasına gətirib çıxarıb.

Bütün xəbərlər Facebook səhifəmizdə