"Azərbaycan MDB məkanında birinci yerə çıxıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan MDB məkanında birinci yerə çıxıb" ÖZƏL-MÜNASİBƏT

"Azərbaycanda sosial dövlət qurulmuşdur və dövlət siyasəti insanların sosial rifahının yaxşılaşmasına xidmət edir". Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətdə uğurlar əldə olunduqca dövlətimiz həmin uğurları vətəndaşların sosial rifahının yaxşlaşmasına yönəldilir: "Cari ilin əvvəlindən başlayaraq bu sosial siyasət ölkə başçısının imzaladığı iki sosial paketi ilə daha dərinləşmişdir. Bir il ərzində əməkhaqları, bütün növ müavinətlər, pensiyalar 100% -ə qədər artırılması sosial sahədə atılmış inqilabi addımlar kimi qeyd etmək olar. Bu gündən yəni, oktyabrın 1-dən başlayaraq minimum əmək pensiyaları artacaqdır. Minimum pensiyanın məbləği 660 min nəfərin 160 manatdan 200 manata çatdırılması və xüsusi pensiya təminatı almış 94 min nəfərin pensiyası isə 31% artmaqla ümumi cəm şəkildə 750 mindən çox vətəndaşımızın sosial rifahına müsbət təsir göstərəcəkdir. Təbii ki, burda bir şeyi də unutmamalıyıq ki, əhalinin pul gəlirləri kəskin artmasına baxmayaraq ölkədə infilyasıya 2,6% ətrafında qalmaqla manatın alıcılıq qabiliyyətinə kəskin təsir göstərməmişdir.

Artıq ölkəmizdə yaşayış minimumu 149 manat müəəyənləşməsinə baxmayaraq minimum əmək pensiyaları 200 manat olduğundan minimum əmək pensiyaları yaşayış minimumu 34% üstələmiş olur. Oktyabrın minimum əmək pensiyasının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında birinci yerə çıxıb. Bu onu göstərir ki, ölkəmizdə insanların yaşayış səviyyəsi sürətlə artır və bunun da cənab Prezdentin siyasətinin təməlində vətəndaşın sosial rifahının dayanmasını göstərir. Ölkəmizdə aparılan iqtisadi islahatlar daha da dərinləşir. Qeyri-neft sektorundan dövlət büdcəsinə əlavə vəsaitlər daxil olduqca və ölkəmizin iqtisadiyyatı möhkəmləndikcə uğurla həyata keçirilən sosial islahatlar da davamlı olacaqdır. Təbii ki, bütün uğurların təməlində ölkəmizdə təmin olunmuş siyasi sabitlik dayanır. Biz siyasi sabitliyimizi pozmaq istəyən bəzi qüvvələrin istəklərinin reallaşmasına imkan verməməliyik və dövlət siyasətimizi dəstəkləməklə əhalinin sosial rifahına xidmət edən dövlət siyasi sabitliyimizi hər şeydən üstün tutmalıyıq və qorumağa borcluyuq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə