YAP Binəqədi rayon təşkilatının kollektivi ahılları ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının bir qrup əməkdaşı və gənc fəalı 1 Oktyabr Beynəlxalq Ahıllar Günü ilə bağlı Binəqədi rayonunda yaşayan aztəminatlı ahıl ailələrə baş çəkərək, onlara sovqatlar təqdim ediblər.
Ziyarət zamanı Binəqədi rayonunun bütün qəsəbə və sahə inzibati-ərazi dairələri üzrə aztəminatlı ahıl ailələr müəyyən edilərək evləri ziyarət edilib, onların qayğıları ilə maraqlanılıb, tibbi yardım göstərilib, gənc fəllar tərəfindən yardım məqsədilə evlərində təmizlik, səliqə-səhman işləri görülüb. Ahıl insanlara bayram sovqatları və ərzaq bağlamaları təqdim edilib.
Görüş zamanı ahıllar ziyarətdən məmnun olduqlarını, onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, YAP-ın Sədri İlham Əliyevə təşəkkür ediblər. Qeyd olunub ki, ölkəmizdə ahıl insanlara, aztəminatlı ailələrə daim yardımlar edilir və onların sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması istiqamətində dövlət proqramları həyata keçirilir.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB