Müəmmər Qəddafi: "Əl Qaidə" gənclərimizin südlərinə, qəhvələrinə narkotik maddə qatıb, onları üsyana qaldırdı"
Liviya prezidenti Müəmmər Qəddafi üsyan başladıqdan sonra üçüncü dəfə xalqa müraciət edib.
SİA-nın xəbərinə görə, dövlət televiziyasına telefonla bağlanaraq etdiyi çıxışda Qəddafi Liviyadakı hadisələrdə"Əl Qaidə" lideri Üsamə Bin Ladeni suçlayıb. Qəddafi "Bin Laden gənclərimizin qəhvələrinə, südlərinə narkotik maddə qataraq üsyana qalxmalarını təmin edir" deyib.
Liviyada "Əl Qaidə"yə qarşı mübarizə apardıqlarını deyən Qəddafi nümayişlərin arxasında da "Əl Qaidə" tərəfdarlarının olduğunu söyləyib. Qəddafi həmçinin ABŞ başda olmaqla Qərb ölkələrini də ittiham edib.
Özünün simvolik prezident olduğunu deyən Qəddafi ölkədə əsl gücün xalq komitələrinin əlində olduğunu söyləyərək, bu komitələri öhdəliklərini yetinə yetirməyə çağırıb. Liviya diktatoru ailələrə "uşaqlarınızı küçələrdən çəkib alın" çağırışı edib, nümayişçilərin silahlarının əllərindən alınmasını istəyib.
Zaviyyə qəsəbəsindəki toqquşmalarda ölənlərin ailələrinə başsağlığı verən Qəddafi "onlar da Liviyanın uşaqlarıdır" deyib. O, "olaylar davam etdikcə insanlar işə gedə bilməyəcək və neft istehsalı da dayanacaq" söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB