Azərbaycanda əhalinin siyahıyaalınmasına start verilib TƏDBİR

Azərbaycanda əhalinin siyahıyaalınmasına start verilib TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyasının İcra Katibliyində Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyast Siyasi Şurasının üzvü Tahir Budaqovun 1-10 oktyabr 2019-cu il tarixlərində ölkəmizdə keçiriləcək əhalinin növbəti siyahıyaalınmasına həsr olunan mətbuat konfransı keçirilib. SİA xəbər verir ki, Komitə sədri ilk olaraq bildirib ki, ölkə Prezidenti İlham Əliyevin "2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında" 2016-cı il 7 sentyabr tarixli 1040 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 16 dekabr tarixli 517 nömrəli qərarına əsasən və Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təqvim planına uyğun olaraq siyahıyaalma ilə bağlı bütün hazırlıq işləri tam başa çatdırılıb.

Siyahıyaalma zamanı əhalinin tam əhatə olunması üçün dolğun uçotun təşkil edilməsi, siyahıyaalmanın rayonlaşdırılması, şəhər, qəsəbə və kəndlərin ərazilərinin siyahıyaalma, təlimatçı və sayıcı məntəqələrinə düzgün bolüşdürülməsinin təmin edilməsi üçün xüsusi əhəmiyyət daşıyan şəhər, rayon və şəhər rayonları üzrə təşkilati planların tərtib olunması məqsədilə formalar, habelə "Əhalinin siyahıyaalınması ilə bağlı Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planların tərtib edilməsinə dair göstərişlər", 50-yə yaxın digər metodoloji və köməkçi sənədlər hazırlanıb, siyahıyaalma və sorğu vərəqələri Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyada təmsil olunan 19 dövlət qurumu, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə razılaşdırılaraq təsdiq edilib.

Komitə sədri qeyd edib ki, təsərrüfatbaşına uçot sənədləri Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Dövlət Statistika Komitəsinə təqdim edilmiş inzibati ərazi vahidlərinin sxematik xəritələri, yaşayış məntəqələrinin sxematik planları əsasında Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkilati planlar tərtib olunub, bunun nəticəsində ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33907 sayıcı məntəqəsinə bölünüb, siyahıyaalma məntəqələrinin işçilərlə komplektləşdirilməsi və onlann təlimatlandırılması başa çatdırılıb.

Daxili İşlər, Müdafiə, Fövqəladə Hallar, Ədliyyə, Səhiyyə, Təhsil nazirliklərinin, Dövlət Təhlükəsizlik, Miqrasiya və Sərhəd xidmətlərinin tabeliyində olan rejimli obyektlərdəki şəxslərin, xarici ölkələrdə müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının siyahıyaalınması məqsədilə metodoloji və digər sənədlər, əyani vəsaitlər, dəftərxana ləvazimatları aidiyyəti dövlət qurumlarına çatdırılıb.

Siyahıyaalınma ilə bağlı əhalinin məlurnatlandırılması məqsədilə hazırlanmış təşviqat materiallarından plakat və banerlər yerli icra hakimiyyətləri tərəfindən müəyyən edilmiş dislokasiya üzrə yerləşdirilib, video çarxlar isə aprel ayından başlayaraq televiziya kanalları və aparıcı elektron media vasitələrində, Bakı Metropolitenində, Dənizkənarı Milli Parkda və Dövlət Reklam Agentliyinin paytaxtın mərkəzi küçə və prospektlərində quraşdırılmış elektron lövhələrində yaytmlanmaqdadır. Siyahıyaalmaya dair çoxsaylı mətbu məqalələr müxtəlif KİV orqanlarında müntəzəm olaraq dərc edilib, mətbuatda fərdi jurnalist yazılarının da stimullaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti yanmda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə cari il iyul ayının 18-də müsabiqə də elan edilib.

Komitə sədri Tahir Budaqov daha sonra əlavə edib ki, müstəqillik dövründə sayca 3-cü dəfə keçirilən siyahıyaalmanın sorğu vərəqəsində altsuallarla birlikdə 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb. Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasma imkan verəcəkdir. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli və ya etnik mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əlilliyi, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və s. mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Daha sonra Komitə sədri qeyd edib ki, siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcəkdir. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaqdır.
Tahir Budaqov 2019-cu il 1-10 oktyabr tarixlərində respublikada əhalinin siyahıyaalınmasının uğurla həyata keçirilməsi, yəni əhaliyə dair demoqrafık, iqtisadi və sosial əlamətlər üzrə dolğun məlumatların əldə edilməsi üçün ilk növbədə bu prosesdə vətəndaşların fəal iştirakının, habelə siyahıyaalma və sorğu vərəqələrindəki sualların düzgün cavablandırılmasının vacibliyini qeyd edib. Bildirib ki, siyahıyaalma suallarına verilən dolğun və düzgün cavablar hər şeydən əvvəl bir vətəndaşlıq borcudur, çünki siyahıyaalmadan əldə olunacaq məlumatlar ölkəmizin gələcək inkişafı məqsədilə qəbul ediləcək qərarlar üçün əsas informasiya mənbəyi olacaq və bundan üzvü olduğumuz bütün cəmiyyət bəhrələnəcəkdir.

Bundan sonra KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə