Azərbaycan Prezidenti Küveyt Əmirini milli bayram münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahı təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, xalqlarımızın iradəsini ifadə edən Azərbaycan-Küveyt münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir".
İlham Əliyev şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha möhkəm cansağlığı, işlərində uğurlar, dost Küveyt xalqına sülh və rifah diləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB