Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyindən daxil omuş məlumata əsasən, 2011-ci il fevral ayınının 21-də AR-nın Küveytdəki Səfirliyində Xocalı faciəsinin qurbanlarının anım mərasimi keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirə Küveytdə yaşayan, çalışan həmvətənlərimiz, habelə, ölkənin tanınmış ictimai-siyasi xadimləri və nüfuzlu kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunublar.
Tədbir iştirakçıları Səfirlikdə nümayiş etdirilən "Xocalı qurbanları" forosərgisi ilə müxtəlif illərdə çap olunan nəşrlərlə tanış olmuş, qanlı faciə barədə çəkilən sənədli filmə baxıblar.
Azərbaycan Respublikasının Küveyt Dövlətindəki Səfirliyinin təşəbbüsü və dəstəyi ilə "Perfect Printing Services" mətbəəsində ərəb dilində çap olunan "26 fevral 1992-ci il –Xocalı faciəsi" adlı kitab, ərəb dilində Xocalı faciəsinə həsr olunan sənədli filmin DVD-si və həmçinin Səfirliyin bəyənatı tədbir iştirakçılarına təqdim olunub. Qeyd edilən kitab və disk şəklində sənədli film Küveytin rəsmi qurumlarına, kitabxanalarına və kütləvi informasiya vasitələrinə də göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə