Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemləri dinlənilib
Gəncə şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin iştirakı ilə müşavirə keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, müşavirədə İcra Hakimiyyətinin başçısı Elmar Vəlliyev bu qəbildən olan vətəndaşların üzləşdikləri çətinliklər və onların həlli istiqamətində bir sıra tapşırıqlar verib.
Xüsusilə rayon rəhbərinin diqqətinə çatdırılıb ki, belə vətəndaşlara imtiyazların verilməsində süründürməçilik halları var. Müşavirədə qərara alınıb ki, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin, ümumiyyətlə aztəminatlı ailələrə maddi yardım məqsədilə fond yaradılsın.
Bütün xəbərlər Facebook səhifəmizdə