"Azərbaycanı istəməyən bütün qüvvələr bir araya gəlib" ÖZƏL - MÖVQE
"Ümumiyyətlə xaricdə oturub Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaq onların tərbiyəsizliklərindən xəbər verir". Bunu SİA-ya açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
"Hədsiz tərbiyəsizdirlər. Çünki onlar ailə tərbiyəsi görməyiblər. Tərbiyəsi olan adam söyüşü dilinə gətirməz. İkincisi onlar acıqlarından bunu edirlər. Çünki hakimiyyətə gəlmək imkanları olmadıqlarına görə heyiflərini sosial şəbəkələrdə söyüş söyməklə çıxırlar. Üçüncüsü o dövlətlər ki, özləri Azərbaycan hakimiyyətini təcriddə saxlamaq istəyirlər və söz demək istəmirlər həmin insanları ovlayaraq onların dili ilə lazımi sözləri dedizdirirlər. Burada Azərbaycanı istəməyən bütün qüvvələr həmrəydirlər"-deyə, T.Kərimli fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB