"Problemlərin müzakirəsi, cavabı da sivil qaydada olmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Problemlərin müzakirəsi, cavabı da sivil qaydada olmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə hər bir şeyin öz mədəniyyəti (danışmağın, özünü aparmağın və s.) var. Təbii ki, danışığın, özünü ifadə edə bilməyin də öz mədəniyyəti olmalıdır". Bunu SİA-ya açıqlamasında millət vəkili Rauf Əliyev deyib.

"Axı söyüş ritorikası nədir? Deməli bu şəxslər həmin mədəniyyətdən çox uzaqdırlar. Dünyada iqtidar da, müxalifət də var. Amma bu mübarizə sivil olmalıdır. Əgər bu gün kimsə durub sosial şəbəkələrdə söyüş söyürsə bu yoverilməzdir. Bu gün Yeni Azərbaycan Partiyasının fəal iştirakçıları var ki, onlar sosial şəbəkələrdə aktiv iştirak edirlər. Onlar hansısa problemləri müzakirə edirlər və yaxud da həmin problemlərə cavab verirlər. Amma bu problemlərin müzakirəsi, cavabı da sivil qaydada olmalıdır. Bu söyüş ritorikasına çevrilməməlidir. Bu insanlar hələ də başa düşmürlər ki, bu sosial şəbəkələrdə tək azərbaycanlılar olmur, həmçinin bizim düşmənlərimiz də var. Ona görə də hamı bunu dərk etməlidir"-deyə, R.Əliyev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə