Nikol Pashinyan təkcə Los-Ancelesdə deyil, həm də BMT kürsüsündə çox vacib və çox konkret bir anti-erməni bəyanatlarla çıxış edib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, azadlıq uğrunda mübarizə aparan tarixçi Volodya Oqanesyan bu fikirləri bu gün keçirilən mətbuat konfransında, baş nazir Nikol Paşinyanın ABŞ-a səfərinə və BMT Baş Assambleyasının 74-cü sessiyasındakı çıxışına toxunaraq söyləyib.
Məlumatda qeyd olunur ki, Oqanesyan, baş nazir Paşinyanın bir neçə bəyanatından bəhs edərək onun kimliyi və mahiyyətini açıb. Həmçinin qeyd edib ki, Paşinyan Amerikadakı çıxışı ilə bütün erməniləri təhqir edib, onlar barədə dünya ictimaiyyətində çox mənfi imic yaradıb.
“Nikol Paşinyan Amerikada, Los-Ancelesdə dedi ki, Ermənistan inkişaf edə bilməz, çünki erməni işləməyən bir adamdır və buna görə də kömək üçün diasporaya müraciət edir”, deyən tarixçi, əslində, Paşinyanın erməni diasporundan vəsait, kömək istəməsini erməni xalqına təhqir kimi qiymətləndirib.
Tarixçi alim, Nikol Paşinyanın Ermənistandakı korrupsiya hallarının aradan qaldırılması ilə bağlı açıqlamasına da toxunub.
"Bəs Qaqik Xaçatryanın 200 milyonu haradadır? Ayrı-ayrı oliqarxların verdiyi 30 milyon hanı bəs? Bu vəsaitlər Ermənistana xidmət etmədiyi halda hansı hesablara qoyulur? Bu gün elan edirəm ki, Ermənistanda bir nömrəli korrupsioner, böyük oliqarxları məhv edən, insanlara qarşı saxta cinayət işləri açan, ölkəni tərk edərək pul almaq üçün gedən, əl açan Nikol Paşinyandır”, deyə Volodya Oqanesyan bildirib.
Onun sözərinə görə, Nikol Paşinyan və ailəsinin adına açılan hesablar barədə gizlədilən məlumatlar bir gün açılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB