Aleksandr Skakov: “Qarabağda kimsə 5-10 gündən çox müharibə edilməsinə icazə verməz”

Aleksandr Skakov: “Qarabağda kimsə 5-10 gündən çox müharibə edilməsinə icazə verməz”

Dağlıq Qarabağda hərbi əməliyyatlar yenidən başlayacağı halda Rusiya neytral qalmayacaq və bölgədə sürətlə sülhməramlı qüvvələrini yerləşdirəcək. SİA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu sözləri İrəvanda keçirilən "Qafqaz problemləri və modern Qafqaz araşdırmaları" adlı beynəlxalq konfransda Rusiya Elmlər Akademiyasının Mərkəzi Asiya və Qafqaz Araşdırma Mərkəzinin Cənubi Qafqaz üzrə İş Qrupunun koordinatoru Aleksandr Skakov deyib.

 

Siyasi ekspert bildirib ki, yazda Dağlıq Qarabağda hərbi qarşıdurmaların yenidən başlanması istisna olunmur. A.Skakov bildirib ki, qarşıdurma olacağı halda vəziyyətin sabitləşdirilməsi üçün ssenari hazırdır. O, bununla belə Qarabağda kimsənin 5-10 gündən artıq müharibə etməsinə icazə verməyəcəyini ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə