Bütün erməni xalqı repressiyalara məruz qalacaqları barədə xəbərdar olundu və Narek Mutafyan, eləcə də Sarqis Oqanjanyanın həbsi bu repressiyaların təzahürü, eyni zamanda təsdiqidir. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu “Mənim səsim” layihəsinin rəhbəri Elinar Vardanyan deyib.
Məhkəmənin ehtiyat tədbiri bəhanəsi ilə Narek Mutafyan və Sarqis Ohanjanyanın tutulması repressiv metodların açıq şəkildə istifadə edilməsindən başqa bir şey deyildir. Bütün ermənilərə açıq şəkildə bəyan etdilər ki, Ermənistan repressiya mərhələsinə qədəm qoyub. Bu insanların sındırılması və cəzalandırılması mexanizminin tətbiqidir. Üstəlik bu, ictimaiyyətə cəzalandırmaları göstərmək, nümayiş etdirmək variantıdır.
Narek Mutafyan və Sargis Ohanjanyan hal-hazırda vəkillərin, hüquqşünasların və vətəndaş cəmiyyətlərinin birgə dəstəyinə ehtiyac duyurlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB