Varşava Təhlükəsizlik Forumu keçiriləcək

Varşava Təhlükəsizlik Forumu keçiriləcək

Oktyabrın 2-3-də Polşanın paytaxtında Varşava Təhlükəsizlik Forumu keçiriləcək. SİA-nın verdiyi məlumata görə, builki forumun əsas diqqəti NATO-nun yaranmasının 70, Polşanın NATO-ya üzvlüyünün 20, Polşanın Avropa Birliyinə üzvlüyünün 15 və Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” layihəsinin 10 illiyinə və bu illər ərzində görülən işlərin müzakirəsinə yönəldilib.

Forum təşkilatçılarının mətbuata açıqlamasında deyilir ki, beynəlxalq tədbirdə 1200-dən çox qonağın iştirakı təsdiqlənib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə