ABŞ Prezidenti Donald Tramp, ölkədə yaşayan yəhudi icmasına müraciətində bildirib ki, İranla problemlərin hərbi yolla həllinin tərəfdarı deyil. SİA-nın verdiyi xəbərə görə, bu barədə Trampın yəhudilərin yeni il bayramı Roş xa-Şan münasibəti ilə göndərdiyi təbrik məktublarında deyilir.
Tramp yəhudi icmasının 100-dən çox üzvünə təbrik mesajları göndərib.
"The Times of İsrael" qəzetinin yazdığına görə, Tramp qeyd edib ki, İrana qarşı sərt siyasət yürütməyə davam edəcək, lakin bu, hərbi münaqişə demək deyil.
"Hərbi qarşıdurmanın başlamasını istəmirəm. Müzakirələrin aparılması və qalan məsələlərin həlli ilə bağlı təklif aldıq. Mən münaqişələrin səbirli və soyuqqanlı həllinin tərəfdarıyam. Əminəm ki, İran sülhü seçəcək", - Trampın məktubunda deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB