Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir

Ukrayna Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində dəyişməz olaraq dəstəkləyir. SİA-nın verdiyi məlumata görə, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

Nazirlik bildirib ki, işğal olunmuş Dağlıq Qarabağ ərazisinə, o cümlədən işğal altındakı ətraf rayonlara səfər etmək niyyətində olan Ukrayna vətəndaşları Azərbaycanın qanunvericiliyini rəhbər tutmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə