Ermənistanda VETO mitinqi

İrəvandakı mitinqdə VETO Soros Fondunun Ermənistandakı təhdidləri barədə məlumat verəcək . SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, son aylar ərzində VETO hərəkatı Soros fondunun ofisinin bağlanmasını tələb edərək xarici kəşfiyyat şəbəkəsinin yığışdırılması üçün bir sıra tədbirlər həyata keçirir.

Məlumatda deyilir ki, VETO hərəkatının bəyanatına görə, 20 ildən çoxdur ki, cəlb edilmiş xarici kəşfiyyat şəbəkəsi vasitəsilə adıçəkilən fond anti-milli və dövlət əleyhinə təşəbbüsləri maliyyələşdirir. Bu sindikat birbaşa və ya dolayı maliyyələşdirmə yolu ilə bir sıra media və QHT-lərə nəzarət edir və məlumat manipulyasiyası ilə qatilləri və cinayətkarları tərifləyir, ardıcıl olaraq dövlətin sütunlarını - hüquq və təhsil sistemlərini, hüquq mühafizə orqanlarını, o cümlədən ordunu, Erməni Apostol Kilsəsini və s. dövlətin təməllərini zəiflədir, dağıdılmasını və milli dəyər sisteminin məhv edilməsini sürətləndirir. Bəyanatda bildirilir ki, özlərini vətəndaş cəmiyyəti elan edən təsir agentləri şəbəkəsi vasitəsilə Soros Fondu gündəliyini dövlətə sırıyır və artıq Milli Məclisdə və Ermənistan Respublikası Hökumətində əhəmiyyətli bir iştiraka malik olur. Həmçinin qeyd olunur ki, bu gün Sorosçular icma daxilində ardıcıl qarşıdurmalara səbəb olan cəmiyyətin müxtəlif sahələri və sosial qruplar arasında nifrət və etimadsızlığı yaymağa və dərinləşdirməyə diqqət ayırırlar. Yalan, zorakılıq, zülm, parçalanmış cəmiyyət, vətəndaş qarşıdurması yuxarıda göstərilən məqsədlərə çatmağın əsas vasitələridir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə